Paris küçələrində son 13 ildə ilk dəfə zirehli texnika göründü
Paris küçələrində son 13 ildə ilk dəfə zirehli texnika göründü

Paris küçələrində son 13 ildə ilk dəfə zirehli texnika göründü.

Polis qüvvələrinin xüsusi texnikası Fransanın Aşağı Palata Binasının yanında səfərbər olunub.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, bugün jandarmeriya 14 zirehli texnikadan istifadə edəcək.

Qeyd olunan texnika ilə barrikadaların dağıdılması planlaşdırılıb.

Aksiyaya yığılan insanları polis saxlayır və yoxlayışdan keçirir.

Polisin tapşırığı ilə bugün Parisdə bütün mağazalar bağlıdır ki, demonstrantlar vitrinlərə zərər verə bilməsinlər.

Xatırladaq ki, bugün Parisdə “sarı jiletlilərin” aksiyası keçiriləcək. Onlar hökümətdən vergilərin azalmasını, maaşlarln artmasını və iqtisadi siyasətin yenidən nəzərdən keçirilməsini tələb edirlər.

Polis qüvvələri hesab edirlər ki, aksiya iştirakçıları arasında ölkədə destabilizasiya yaratmaq istəyən provokatorlar da ola bilər.