Paracüdo | Qiorqi Kaldani Paralimpiya Oyunlarının vitse-çempionudur #1TVSPORT
Paracüdo | Qiorqi Kaldani Paralimpiya Oyunlarının vitse-çempionudur #1TVSPORT

Parisin Yay Paralimpiya Oyunlarında cüdoçu Qiorqi Kaldani (J2 – 73 kq) gümüş medal qazanıb. Gürcü finalda yaponiyalı Setoya ilə iki xalla məğlub olub və Gürcüstan millisinə turnirdə altıncı medalı gətirib.

Bu gün turnirdə yarışan ikinci gürcü para-cüdoçusu İna Kaldani (J2 – 70 kq) bir neçə dəqiqəyə bürünc medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Parisin Paralimpiadasında Gürcüstan millisinin hesabında bu günə kimi 5 medalı var. Paraatletika üzrə turnirin çempionu Qiqa Oçxikidze oldu, gümüş medalları para-atıcı Vladimir Çinçarauli və para-cüdoçu Zurab Zurabiani, bürünc medalları isə para-taekvondoçu Ana Caparidze və əlil arabasında qılıncoynadan Nino Tibilaşvili qazanıb.