Paracüdo | Gürcüstan millisi komanda birinciliyində ardıcıl ikinci dəfə Avropa çempionu olub #1TVSPORT
Gürcüstanın paracüdo millisi komanda birinciliyində möhtəşəm çıxış edərək Fransa, İspaniya və Moldovanı eyni – 4:1 hesabı ilə məğlub edib, neytral bayraq altında yarışan Rusiya millisinə isə 4:0 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna sahib olub.
Komanda yarışlarında Gürcüstan millisi növbəti heyətlə çıxış edib:
Görmə qabiliyyəti olmayan şəxslər kateqoriyası (J1):
Saba Bağdavadze;
Giorgi Qamcaşvili;
Qiorqi Beridze;
Görmə qabiliyyəti zəif olanlar kateqoriyası (J2):
Zviad Qoqoçuri;
Levan Quqava;
Zurab Zurabiani.