Paracüdo | Çikoidze Avropa çempionudur, Gürcüstan yığmasının hesabında doqquz medal var #1TVSPORT
Tbilisidə davam edən paracüdo üzrə Avropa çempionatının ikinci yarış günündə Revaz Çikoidze (+95 kq) qızıl medal qazanıb. Eyni çəki dərəcəsində Laşa Ğizilaşvili bürünc medal qazanıb.
Qitə birinciliyinin finalında Zviad Qoqoçuri (95 kq) məğlub olaraq gümüş medalla kifayətlənib. Turnirdə 70 kq çəki dərəcəsində qadınlar arasında İna Kaldani üçüncü yeri tutub.
İki gün sonra Gürcüstan millisinin hesabında üç qızıl, iki gümüş və dörd bürünc var.
Sabah, sentyabrın 21-də Avropa çempionatında komanda yarışları keçiriləcək.
Paracüdo üzrə Avropa çempionatı Gürcüstan Paralimpiya Komitəsinin təşkilatçılığı, Gürcüstanın İdman Nazirliyi və Tbilisi Meriyasının dəstəyi ilə keçirilir.