Paolo Ali - bir gün Gürcüstan NATO-nun üzvü olacaq, buna qədər əməkdaşlığımızı dərinləşdirməliyik
Paolo Ali - bir gün Gürcüstan NATO-nun üzvü olacaq, buna qədər əməkdaşlığımızı dərinləşdirməliyik

Bir gün Gürcüstan NATO-nun üzvü olacaq, buna qədər əməkdaşlığımızı dərinləşdirməliyik, – bu barədə NATO-nun Parlament Assambleyasının prezidenti, Paolo Ali Batumidə, NATO-nun Parlament Assambleyasının 97-ci seminarında nitqlə çıxış edərkən bəyan etdi.

Elə onun dediyinə görə, Aliyansın partnyorluğu üzv olmaq demək deyil və buna sonrakı islahatlar lazımdır, lakin dəyişikliklər vacibdir.

“Gürcüstan və Qara Dənizin təhlükəsizliyi Avropanın təhlükəsizliyinin hissəsidir. Burada baş verənlər mütləq Avropada əks olunacaq. Bu bölgəni azad inkişaf bölgəsi kimi görmək istəyirik.

Aliyans qarşısında sabitlik, təhlükəsizlik və demokratiyanın qorunub saxlanılması şəklində böyük məqsədlər durur”, – Paolo Ali bəyan etdi.

Batumidə Gürcüstan Parlamenti ilə əməkdaşlıqla, NATO-nun Parlament Assambleyasının 97-ci seminarı – “Gürcüstan və Qara Dəniz bölgəsi yeni geosiyasi gündəmində” açıldı. Seminar aprelin 25-də başa çatacaq.