Pakistanlı rəsmi şəxslərin məlumatına görə, ABŞ ilə İran arasında artan gərginliyə baxmayaraq, atəşkəs barədə dolayı danışıqlar hələ də davam edir
ABŞ ilə İran arasında artan gərginliyə baxmayaraq, atəşkəs barədə dolayı danışıqlar hələ də davam edir, – “Associated Press”in məlumatına görə, bu barədə iki pakistanlı rəsmi şəxs bildirib.
Yayılan məlumata görə, Pakistanın yüksək siyasi və hərbi rəhbərliyi ABŞ ilə İran arasında vasitəçilik etməyə davam edir.
İranın xarici işlər naziri Abbas Əraqçinin son iki gündə ikinci dəfə Omana qısamüddətli səfərindən sonra bu axşam Pakistanın paytaxtı İslamabada gələcəyi gözlənilir.
Əraqçi aprelin 25-də İslamabadda olub və regional münaqişənin sona çatdırılması ilə bağlı Tehranın mövqeyini Pakistanın baş naziri Şehbaz Şərifə, ordu baş komandanı feldmarşal Asim Munirə, xarici işlər naziri İşaq Dar və digər yüksək vəzifəli şəxslərə çatdırıb.