Pakistanın Baş naziri ABŞ və İranın 24 saat ərzində qarşılıqlı anlaşma memorandumunu imzalayacağını bildirir
ABŞ və İran yaxın 24 saat ərzində qarşlıqlı anlaşma memorandumunu imzalayacaqlar, bu barədə məlumatı Pakistanın Baş naziri Şahbaz Şərif yayır.
Şərifin sözlərinə görə, elektron imza üçün hazırlıq işləri görülür, bunun ardınca isə gələn həftə texniki səviyyədə danışıqlar aparılacaq.
“Sülh sazişinə heç vaxt olmadığımız qədər yaxınıq və yaxın 24 saat ərzində onun yekunlaşmasını gözləyirik. Pakistan sülh sazişinin elektron formada imzalanmasına hazırlaşır, bunun ardınca dərhal gələn həftə texniki səviyyədə danışıqlar aparılacaq. Əminik ki, bu tarixi sülh sazişi uzunmüddətli sülh üçün möhkəm təməl qoyacaq”, – deyə Şərif X platformasında yazır.