Pakistanın Baş naziri – ABŞ və İran münaqişənin nizamlanmasına dair memorandumun mətninin yekun variantını razılaşdırıblar, sülh heç vaxt indiki qədər yaxın olmayıb

21:51, 12.06.2026

ABŞ və İran münaqişənin nizamlanmasına dair memorandumun mətninin yekun variantını razılaşdırıblar. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

Onun sözlərinə görə, Pakistan hazırda növbəti addımların təsdiqlənməsi üçün hər iki tərəflə sıx əməkdaşlıq edir.

“Şayiələri bir kənara qoyaraq, sülh sazişinin yekun, razılaşdırılmış mətninin hazır olduğunu təsdiq edə bilərik. Pakistan hazırda növbəti addımları təsdiqləmək üçün hər iki tərəflə sıx əməkdaşlıq edir. Sülh heç vaxt indiki qədər yaxın olmayıb”, – deyə Şərif X sosial şəbəkəsində yazıb.

Oxşar