Pakistanın baş naziri ABŞ–İran danışıqlarından əvvəl vətəndaşlardan danışıqların uğurlu keçməsi üçün dua etmələrini xahiş edib

22:50, 10.04.2026

ABŞ və İran arasında Pakistanda planlaşdırılan danışıqlardan əvvəl Pakistanın Baş naziri Şehbaz Şərif vətəndaşlardan danışıqların uğurlu keçməsi üçün dua etmələrini istəyib.

“Bu, həlledici andır, xahiş edirəm danışıqların uğurlu olması, çoxlu insanın xilas edilməsi və dünyanın sülh görməsi üçün dua edin”, – deyə Şərif qeyd edib.

Pakistanın Baş naziri Amerika və İran liderlərinin sabah danışıqlar üçün İslamabada gələcəyini təsdiqləyib.

“Pakistan rəhbərliyi maksimum səy göstərərək bu danışıqların uğurlu olmasını təmin edəcək”, – Şehbaz Şərif bildirir.

Məmlumat üçün bildirək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens artıq Pakistana səfər edib.

Oxşar