Pakistanın şimal-qərbində intiharçı terrorçu özünü partladıb, nəticədə 16 əsgər həlak olub.
Bu barədə “Deutsche Welle” yazır.
Hadisəyə görə məsuliyyəti Pakistan “Taliban”ı öz üzərinə götürüb.
Hadisə nəticəsində 29 nəfər yaralanıb, onların arasında 10 hərbi qulluqçu və 19 dinc sakin var.
“İntiharçı terrorçunun partlayıcı maddələrlə yüklü avtomobili hərbi karvana çırpılıb”, – yerli hakimiyyətin nümayəndəsi bildirib.
Polisin bildirdiyinə görə, partlayış nəticəsində iki yaşayış evinin damı çöküb və nəticədə altı uşaq yaralanıb.