Pakistanda hüquq mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma baş verib
Pakistanda hüquq mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma baş verib. Bu haqda “CNN” yazır.
Karaçi şəhərində vətəndaşlar ABŞ konsulluğuna doğru hərəkət edirdilər. Etirazçılar “Hizbullah”ın lideri Hasan Nasrullahın İsrail tərəfindən öldürülməsinə etiraz edirdilər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ konsulluğunun yaxınlığında barrikadalar qurmuşdular. Sosial şəbəkədə yayılan videoda vətəndaşların hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atdığı, polisin isə onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi görünür.
Aksiya həmçinin 4 min insanın toplaşdığı paytaxt İslamabadda da keçirilib.
Bundan əvvəl Pakistanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq Hasan Nasrullahın qətlini pisləyib və bunu ehtiyatsız hərəkət adlandırıb. Nazirlikdə onu da qeyd edirlər ki, vəziyyət onsuz da qeyri-sabit olan regionda gərginliyin artmasına səbəb olur.