Pakistanda daşqın nəticəsində həlak olanların sayı 300 nəfəri keçib

12:06, 16.08.2025

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri keçib.

Son 24 saat ərzində ölkənin şimal-qərb bölgəsində yağan güclü yağışın səbəb olduğu daşqın 200-ə yaxın insanın həyatına son qoyub.

Həmçinin, xilasedici helikopter pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.

Təbii fəlakət ən çox Xayber-Paxtunxva əyalətinə zərər vurub, binalar və yollar dağılıb.

Ölkənin baş naziri Şahbaz Şərif yaranmış vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas keçirib.

Oxşar