Pakistan ordusu qaçırılan qatardan 300 girovu azad edib
Pakistan ordusu qaçırılan qatardan 300 girovu azad edib. Məlumata görə, xüsusi əməliyyat zamanı 33 silahlı döyüşçü öldürülüb. Qarşıdurma nəticəsində həmçinin 21 mülki şəxs və Pakistan ordusunun dörd əsgəri həlak olub.
Bəlucistan bölgəsində qaçırılan sərnişin qatarında 100-ü təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla 450 nəfər olub. Pakistan ordusunda qatarın qaçırılmasında 80-ə qədər insanın iştirak etdiyini bildirirlər. “Bəlucistan Azadlıq Ordusu” hücuma görə məsuliyyəti öz üzərinə götürərək, Bəluc siyasi məhbuslarının 48 saat ərzində azad edilməsini tələb edib, əks halda girovları öldürməklə hədələyiblər.
“Bəlucistan Azadlıq Ordusu” Pakistanın ən böyük əyaləti olan Bəlucistana geniş muxtariyyət və ya müstəqillik verilməsini tələb edir. Pakistan hakimiyyəti, eləcə də bir sıra Qərb ölkələri, o cümlədən Britaniya və ABŞ “Bəlucistan Azadlıq Ordusu”nu terror təşkilatı olaraq tanıyır.