Pakistan-Əfqanıstan sərhədi yaxınlığında baş vermiş silahlı qarşıdurmada beş nəfər həlak olub
Pakistan ilə Əfqanıstan arasında sərhəd bölgəsində silahlı qarşıdurmada beş nəfər həlak olub.
Yayılan məlumata əsasən, hər iki tərəf artilleriya sistemlərindən istifadə edib.
Hər iki tərəf bir-birini səbəbsiz hücumlar törətməkdə günahlandırır.
“Taliban”ın nümayəndəsi Zabihullah Mücahid bildirib ki, Pakistan qüvvələri Qəndəhar əyalətinin Spin-Boldak bölgəsində mövqelərə hücum edib, buna görə də Əfqanıstan qüvvələrinin cavab reaksiyası baş verib.
Pakistan baş nazirinin nümayəndəsi bildirib ki, Əfqanıstan qüvvələri Çaman sərhədi boyunca “səbəbsiz atəş” açıb.
Əfqan sakinlərinin dediyinə görə, iki tərəfli atışma saat 22:30-da başlayıb və təxminən iki saat ərzində davam edib.
Əfqanistanın rəsmi şəxslərinin dediyinə görə, həm yüngül, həm də ağır artilleriyadan istifadə edilib və minaatanlardan mülki əhalinin evlərinə atəş açılıb. Qarşıdurma iki ölkə arasında danışıqların nəticəsiz başa çatmasından iki gün sonra baş verib, lakin hər iki tərəfin nümayəndələri dayanıqsız atəşkəsi davam etdirməyə razılıq veriblər.
Oktyabrda sərhəd toqquşmalarından sonra gərginliyi azaltmaq məqsədilə Qətər və Türkiyədə keçirilmiş ilkin raundlar Səudiyyə Ərəbistanında görüşlə nəticələndi. İslamabadın dediyinə görə, Əfqanıstanda yerləşən döyüşçülər, o cümlədən Pakistan Talibanının (TTP) fraksiyaları son dövrlərdə Pakistanda hücumlar həyata keçiriblər.