Paata Zakareişvili bildirir ki,“Qaxaria-Gürcüstan Naminə” partiyasının Kutaisi merliyinə namizədi olacaq
Paata Zakareişvili bildirir ki,“Qaxaria-Gürcüstan Naminə” partiyasının Kutaisi merliyinə namizədi olacaq

Politoloq Paata Zakareişvili “Qaxaria-Gürcüstan Naminə” partiyasının Kutaisi merliyinə namizəd olacağını bildirir.

Onun sözlərinə görə, təklif gözlənilməz olub.

“Avqustun 9-da mənimlə danışıqlar başladı. Mən razılaşdım və “Qaxaria-Gürcüstan Naminə” partiyasının Kutaisi merliyinə namizədəm. Qərarımı asan qəbul etmədim, bir neçə gün düşündüm, sonra məsləhətləşmələr apardım, bir neçə nəfərlə görüşdüm, təklif gözlənilməz oldu. Parlament seçkilərinin başa çatmasından bir gün sonra siyasi partiyalara çağırış edirdim ki, yerli seçkilərə hazırlaşsınlar. Mənim bir vətəndaş kimi prinsipial mövqeyim ondan ibarətdir ki, bütün seçkilərdə iştirak edək, çünki seçkilər dəyişikliklərə təkan vermək üçün unikal bir hadisədir”, – Paata Zakareişvili bildirib.