Paata Salia Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuror müavini Najat Şamem Xan ilə görüşüb
Gürcüstanın ədliyyə naziri Paata Salia Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Haaqa prokurorunun müavini Najat Şamem Xan ilə görüşüb.
Ədliyyə Nazirliyinin məlumatına görə, tərəflər Beynəlxalq Cinayət Məhkəməsinin Gürcüstan işi, xüsusilə 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin araşdırılması çərçivəsində tərəflər arasında əməkdaşlıq və məhkəmə qərarlarının icrası məsələlərini müzakirə ediblər.
Prokurorun müavini və ədliyyə naziri məhkəmə tərəfindən verilmiş həbs orderləri barədə danışıblar və bir daha qeyd ediblər ki, 2008-ci ilin avqustunda törədilmiş ehtimal olunan cinayətlərin araşdırılması üçün zərərçəkmişlərin maraqlarının qorunması xüsusilə önəmlidir.
Görüçdə Roma Statutu çərçivəsində üzərinə götürülmüş öhdəliklərə uyğun olaraq Gürcüstanın işi üzrə Məhkəmə ilə səmərəli və şəffaf əməkdaşlığın zəruriliyi vurğulanıb.
Söhbət zamanı, həmçinin, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) “Gürcüstan Rusiyaya qarşı (IV)” işi üzrə son qərarına da toxunuldu. Həmin qərarla 29,000-dən çox zərərçəkmiş şəxsə 253 milyon avrodan artıq kompensasiya təyin edilib.
Görüşdə ədliyyə nazirinin müavinləri – Merab Turava, Beka Dzamaşvili, Qiorqi Dgebuadze və Lana Morqoşia, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) nümayəndə heyətinin üzvləri iştirak edirdi.
Məlumatı Ədliyyə Nazirliyi yayır.