Paata Mancqaladze - Xanım Taliavininin hələ peşmançılıq keçirməməsi məyusedicidir
Paata Mancqaladze - Xanım Taliavininin hələ peşmançılıq keçirməməsi məyusedicidir

 

Rusiyanın Ukraynaya təcavüzündən sonra Gürcüstanın müharibə ilə bağlı günahına şübhə ilə yanaşan bütün ekspertlər mövqelərini dəyişdilər və hamısı 2008-ci ildə Gürcüstanı təhdid edən təhlükələri vaxtında qiymətləndirə bilmədiklərini peşmançılıqla deyir. Xanım Taliavininin hələ peşmançılıq keçirməməsi məyusedicidir – bu haqda “Quruculuq Strategiyası”nın üzvü Paata Mancqaladze 2008-ci ilin Rusiya-Gürcüstan arasında avqust müharibəsini araşdıran Beynəlxalq İstintaq Komissiyasının rəhbəri Haidi Taliavininin müsahibəsi ilə əlaqədar bildirib.

Bununla yanaşı, Mancqaladze qeyd edib ki, Rusiya tərəfindən həyata keçirilən təcavüzə görə Gürcüstanı hansısa formada günahlandırmağa çalışan hər kəs siyasi əclafdır.

“Guya Gürcüstanın və ya onun o vaxtkı hakimiyyətinin bu təxribatda hansısa yolla iştirak etdiyini deməklə gürcü oğlanlarına, hərbçilərə, ölənlərin xatirəsinə kölgə salmağa çalışan və Gürcüstanı günahlandırmağa çalışan hamı, bütün gürcülər xüsusən də, hakimiyyətin nümayəndələrini nəzərdə tuturam mənim gözümdə əclafdırlar. Mən birbaşa deyirəm, o vaxtkı hakimiyyəti günahlandırmaq avtomatik olaraq Gürcüstanı günahlandırmaq deməkdir. Buna görə də, belə danışan hər kəs mənim gözümdə əclafdır. “Gürcü Arzusu”na belə çatdırın. 500 sülhməramlı ilə 58-ci ordunun nizami hissələri arasında fərqi görə bilməyən hər kəs əclafdır.

Haaqa və Strasburq məhkəmələri yeganə günahkar dövləti, yəni Rusiyanı müəyyən etdilər, sanksiya və orderlər Gürcüstanın heç bir vətəndaşına deyil, Rusiyanın yüksək rütbəli məmurlarına qarşı verilib. Bu, o deməkdir ki, Gürcüstan göyə qədər haqlı idi, özünü müdafiə edirdi, Rusiya isə təcavüzkardır. Bir daha təkrarlayıram, Rusiya tərəfindən həyata keçirilən təcavüzə görə Gürcüstanı hansısa formada günahlandırmağa çalışan hər kəs siyasi əclafdır. Rusiyanın Ukraynaya təcavüzündən sonra Gürcüstanın müharibə ilə bağlı günahına şübhə ilə yanaşan faktiki olaraq bütün ekspertlər mövqelərini dəyişdilər və hamısı 2008-ci ildə Gürcüstanı təhdid edən təhlükələri real olaraq vaxtında qiymətləndirə bilmədiklərini peşmançılıqla deyir. Hamı peşmançılıq hissi keçirdi. Xanım Taliavininin hələ peşmançılıq keçirməməsi məyusedicidir” – Paata Mancqaladze qeyd edib.