Ozurgeti və Potidə imtahan mərkəzlərinin fəaliyyəti davam edəcək

19:53, 03.03.2018

Gürcüstanın Təhsil Naziri Mixeil Çxenkelinin qərarı ilə, Ozurqeti və Potidəki imtahan mərkəzləri saxlanacaqlar.

Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayır.

İdarənin məlumatına görə, imtahan mərkəzlərinin rəhbəri Maia Miminoşvili qeyd olunan regionların abiturientləri və onları valideynləri ilə söhbət etdi və məsləhətləşmələr nəticəsində qərar verildi ki, Ozurgeti və Potidəki imtahan mərkəzləri bağlanmayacaqlar.

Martın 5-də ölkə miqyasındaki bütün imtahan mərkəzlərinin tam siyahısı İmtahanlar Mərkəzinin veb-səhifəsində yayılacaq.

Bir neçə gün bundan əvvəl Ozurgeti və Potidəki imtahalar mərkələrinin bağlanılması ilə bağlı yayılan məlumat yerli əhali etirazına səbəb oldu.

Oxşar