Öztəcrid qaydalarını pozma səbəbi ilə 10 nəfər icbari karantinə yerləşdirilib
Öztəcrid qaydalarını pozma səbəbi ilə 10 nəfər icbari karantinə yerləşdirilib DİN, Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz ilə birlikdə, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə, Gürcüstan miqyasında öztəcriddə olan vətəndaşların monitorinqini aktiv şəkildə davam etdirir. DİN-dən verilən məlumata əsasən, birgə monitorinq nəticəsində, son 24 saat ərzində öztəcrid qaydalarının pozulmasının 10 yeni faktı aşkarlanıb. Tbilisidən,habelə Kaxeti,Kvemo Kartli,Achara,Quria və İmereti bölgələrindən öztəcrid qaydalarını pozmuş 10 nəfər icbari karantin zonasına yerləşdirilib.
Bu vaxta olan məlumata əsasən, öztəcrid qaydalarını pozması səbəbi ilə, karantin zonalarına məcburi qaydada cəmdə 22 nəfər yerləşdirilib.
“Xatırlatmaq istərdik ki, Gürcüstan ərazisində olan hər bir insan Gürcüstan qanunvericiliyinin səhiyyə sahəsində tətbiq olunan tələblərinə əməl etməli və İctimai Səhiyyə Xidmətinin qərarlarına hörmətlə yanaşmalıdır.
Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və bu qaydalara əməl etməyə çağırır “-deyə DİN-dən bildiriblər.
Müəllif – Sevinc Mustafayeva