Özbəkistanın investisiya, sənaye, ticarət və nəqliyyat nazirləri Poti liman infrastrukturuna və azad sənaye zonasına baxış keçiriblər

11:34, 04.07.2026

Gürcüstanın İqtisadiyyat və Davamlı inkişaf naziri Mariam Kvrivişvili Gürcüstanda səfərdə olan Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratova və nəqliyyat naziri İlhom Mahkamova Poti liman infrastrukturunu – “APM Terminals Poti”ni, “Pace Group”un yeni Poti dəniz limanını və Azad Sənaye Zonasını tanıdıb.

Gürcüstanın İqtisadiyyat naziri həmçinin Özbəkistan Nazirlər Kabinetinin üzvlərinə planlaşdırılan layihələri təqdim edib və Orta Dəhlizin inkişafı prosesində Gürcüstan limanlarının tam hazırlığını vurğulayıb.

Mariam Kvirivişvili, Laziz Kudratov və İlhom Mahkamov ilə birlikdə, biznes fəaliyyətinin həcminə görə ölkədə aparıcı mövqedə olan Poti azad sənaye zonasına da baş çəkib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayır.

Oxşar