Ötən sutkada Rusiya qüvvələrinin hücumu nəticəsində Donetsk vilayətində 5 dinc sakin həlak olub

13:52, 09.12.2022

 
Ötən sutka ərzində Rusiya qüvvələrinin hücumu nəticəsində Donetsk vilayətində 5 dinc sakin həlak olub. Bu barədə vilayətin qubernatoru Pavel Kirilenko məlumat yayır.

O, hərbi əməliyyatların episentrlərindən biri olan Baxmutda 3 dinc sakinin həlak olduğunu bildirir. Həm Toretskdə, həm də Netailovda bir vətəndaş həlak olub.

Qubernator iki nəfərin xəsarət aldığını bildirib.

Oxşar