Ötən gün ərzində Qəzza sektorunda İsrailin hərbi əməliyyatı nəticəsində azı 35 nəfər həyatını itirib
Ötən gün ərzində Qəzza sektorunda İsrailin hərbi əməliyyatı nəticəsində azı 35 nəfər həyatını itirib.
Fələstin mənbələrinin məlumatına əsasən, Bureyc qaçqın düşərgəsinin bombardman edilməsi zamanı 4 nəfər həlak olub, onlarla insan isə dağıntılar altında qalıb.
Qəzza şəhəri və Deir el-Balah şəhərlərinin bombardman edilməsi nəticəsində qadın və uşaqlar da daxil olmaqla azı 6 nəfər həyatını itirib. 15 humanitar təşkilatın birgə bəyanatında qeyd olunub ki, İsrail ordusu mühasirəyə alınmış anklava zəruri qidanın 83 faizini çatdırmağın qarşısını kəsdiyi üçün Qəzzada insanlar orta hesabla gündə bir dəfə qidalanırlar.
İsrail hökumətinin məlumatına əsasən, müharibə kabinetinin görüşündə müharibə məqsədlərini genişləndirmək barədə razılığa gəliblər, bu da şimali İsrailin sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını əhatə edir.