Ötən gecə Rusiyanın hücumu səbəbindən Ukrayna-Rumıniya sərhədindəki nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılıb
Screenshot
Ötən gecə Rusiyanın hücumu səbəbindən Ukrayna-Rumıniya sərhədindəki nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılıb. Ukrayna mediasının məlumatına görə, Orlovka nəzarət-buraxılış məntəqəsinə hücumun dronlarla həyata keçirildiyi ehtimal olunur.
Ukraynanın İzmail vilayəti dövlət administrasiyasının operativ qərargahının bildirdiyinə görə, hücum səbəbindən buraxılış məntəqəsinin fəaliyyəti hazırda dayandırılıb və onun bərpası barədə əlavə məlumat tezliklə elan olunacaq.
Ukrayna mediası yazır ki, bu, cari həftədə Rusiyanın həyata keçirdiyi ikinci hücumdur və nəticədə “Orlovka” nəzarət məntəqəsinin fəaliyyəti dayandırılıb.
Sentyabrın 1-də, gecə saatlarında Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) Ukrayna-Rumıniya sərhədində yerləşən Orlovka beynəlxalq bərə keçid məntəqəsinə hücum edib, nəticədə onun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.