Ötən gecə Rusiya Odessaya dronlarla hücum edib, 1 nəfər həlak olub, 14 nəfər yaralanıb
Ötən gecə Rusiya Odessaya dronlarla hücum edib, 1 nəfər həlak olub, 14 nəfər yaralanıb

Ötən gecə Rusiya Odessaya pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində bir nəfər həlak olub, 14 nəfər yaralanıb.

“Hava hücumundan müdafiə sistemlərinin fəal işləməsinə baxmayaraq, mülki infrastruktur, o cümlədən yaşayış və təhsil binaları, həmçinin qaz kəmərinə zədələnib”, – Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

Yerli fövqəladə hallar xidmətinin məlumatına görə, hücum zamanı yaşayış binalarına dronlarla ən azı on zərbə həyata keçirilib ki, bu da genişmiqyaslı yanğına səbəb olub.