Gürcüstanın Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 10-cu Ərazi Müdafiə Briqadasının 103-cü Ərazi Müdafiə Batalyonunun 1-ci yüzlüyünün ehtiyatda olan hərbçilərinin şəxsi tərkibi Orpolo poliqonunda döyüş atışları ilə 8 günlük səhra təlimi keçib. Bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.
“Ehtiyatda olan hərbçilərin təlimi Qərb Komandanlığının 2-ci piyada briqadasının 22-ci batalyonunun “Alfa” yüzlüyünün taktiki qrupunun tərkibində həyata keçirilib. Ehtiyatda olan hərbçilər döyüşə qoşulmaq, döyüş rayonlarına dəstək, əməliyyat rayonuna nəzarət və digər tapşırıqları yerinə yetiriblər. Təlimə zirehli texnika və tank əleyhinə silahlar cəlb edilmişdi.
Simulyasiya ssenarisi ilə nəzərdə tutulmuş dəstək və təhlükəsizlik əməliyyatlarında ehtiyatda olan hərbçilərin və hərbi qulluqçuların əlaqələndirilmiş hərəkətləri təlimin rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib” – Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.