"Orduda bir gün" layihəsi çərçivəsində 4-cü piyada briqadası şagirdləri qonaq edib
“Orduda bir gün” layihəsi çərçivəsində Gürcüstan Müdafiə Qüvvələrinin Qərb və Şərq komandanlıqlarının alt bölmələrini müxtəlif şəhər və munisipalitetlərin məktəblərindən yuxarı sinif şagirdləri ziyarət ediblər.
Tbilisi Klassik Gimnaziyasının və 45-ci ictimai məktəbin 9, 10 və 11-ci siniflərinin 300-dən çox şagirdi Vazianidəki 4-cü piyada briqadasında olub.Təlimat alındıqdan və təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra gənclər və onların müəllimləri hərbi baza ərazisində, şəhidlər abidəsində həlak olmuş əsgərlərə ehtiramlarını bildirdilər və onların qəhrəmanlıq hekayələrini dinlədilər. Qonaqlar hərbi hissənin infrastrukturu, sərgilənmiş döyüş texnikası və silahları, yaşayış kazarmaları, simulyasiya mərkəzi, idman zalı ilə tanış oldular və əsgər payından daddılar. Baza ziyarəti zamanı şagirdlərin əsgərlərə maraqlandıran istənilən sualı vermək və əlavə məlumat əldə etmək imkanı oldu.
Həmin layihə çərçivəsində bu gün Xoni şəhərində yerləşən 6-cı artilleriya briqadasında Xoni şəhərinin Akaki Çxenkeli adına 2-ci və İrakli Abaşidze adına 3-cü dövlət məktəblərinin, həmçinin Kutaisi şəhərinin Abxaziyanın 5-ci və Jiuli Şartava adına Abxaziyanın 6-cı dövlət məktəblərinin şagirdləri olublar.
“Orduda bir gün” layihəsi gənclər arasında ordunun populyarlaşdırılması məqsədi daşıyır və Gürcüstan miqyasında Müdafiə Qüvvələrinin bölmələrində uğurla həyata keçirilir.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.