OPEC+ ölkələri neft hasilatını artırmağa dair razılaşıblar
OPEC+ ölkələri neft hasilatını artırmağa dair razılaşıblar

 

“OPEC+” ölkələri bu ilin sentyabrından neft hasilatını artırmağa dair razılaşıblar. Təşkilata üzv ölkələrin ministerialından sonra məlum olub ki, “OPEC+” neft hasilatını gündəlik 100 min barel artıracaq.

Qərb mediası bunun neft kartelinin tarixində ən kiçik artımlardan biri olduğunu və çox güman ki, Qərb paytaxtlarında məyusluq yaradacağı barədə yazır.

“Səudiyyə Ərəbistanı 4 il əvvəl jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra uzaqlaşmağa çalışan Qərb müttəfiqləri ilə əlaqələri düzəltməyə çalışdığı üçün hasilatın kiçik artımına razılıq verib. Lakin o, 2016-cı ildən OPEK qrupu ilə tərafdaşlıq edən Rusiya ilə də münasibətləri balanslaşdırır. İstehsalın kiçik artımının qiymətləri əhəmiyyətli dərəcədə aşağı salacağı çətin görünür” –deyə “Financial Times” yazır.