Bu gün onuncu çağırış parlamentində sonuncu plenar iclas keçirilib. Bir qayda olaraq, seçkilərə bir ay qalmış parlament iclasları artıq keçirilmir.
Parlamentin vitse-spikeri Qiorqi Kaxianinin dediyi kimi, parlament zərurət halında, toplaşa bilər.
“Bildiyiniz kimi, seçkilərə bir ay qalmış parlament iclasları artıq keçirilmir, lakin parlament zərurət halında, əlbətdə toplaşa bilər. Böyük ehtimalla, bugünkü gün bu çağırış parlamenti üçün sonuncu iclas idi” – Qiorqi Kaxiani bildirib.