Oni bələdiyyəsinin meriyası - Sürüşmə prosesləri nəticəsində bağlanmış yolun hərəkət hissəsi qismən təmizlənib, lakin yamacdan daşların yola tökülməsi prosesi hələ də aktivdir, bu səbəbdən həmin sahədə hərəkət məhdudlaşdırılıb
Sürüşmə prosesləri nəticəsində bağlanmış yolun hərəkət hissəsi qismən təmizlənib, lakin yamacdan daşların yola tökülməsi prosesi hələ də aktivdir, – bu barədə Oni bələdiyyəsinin meriyası məlumat yayır.
Onların məlumatına görə, sözügedən hissədə avtonəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
“Oni şəhərinə gedən yolun yaxınlığında baş verən sürüşmə proseslərinin monitorinqi və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə, yerində İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin və yerli hakimiyyət orqanlarının nümayəndələri olublar.
Hazırda yol qismən təmizlənib, lakin yamacdan daşların yola tökülməsi prosesi hələ də aktivdir. Təhlükəsizliyi təmin etmək məqsədi ilə qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Əraziyə əlavə olaraq dağçı-alpinistlər cəlb olunacaq, eyni zamanda aidiyyəti qurumların nümayəndələri yerində qalır və zəruri tədbirlərin görülməsi davam etdirilir”, – bələdiyyənin yaydığı məlumatda deyilib.