Oman sahilləri yaxınlığında İran tərəfindən ticarət gəmisinə həyata keçirilən hücumdan sonra Hindistan vətəndaşı itkin düşüb
Oman sahilləri yaxınlığında İran tərəfindən ticarət gəmisinə həyata keçirilən hücumdan sonra Hindistan vətəndaşı itkin düşüb.
Hindistan Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, hücum anında “GFS Galaxy” gəmisinin göyərtəsində 11 Hindistan vətəndaşı olub.
Bununla yanaşı, Hindistanın Omandakı səfirliyi vəziyyəti diqqətlə izlədiyini və davam edən axtarış-xilasetmə əməliyyatı ilə bağlı Oman rəhbərliyi ilə əlaqəli şəkildə fəaliyyət göstərdiyini bildirir.
Medianın məlumatına görə, İranın Qətərə qarşı həyata keçirdiyi hücumdan sonra üç nəfər, o cümlədən bir uşaq xəsarət alıb. Qətərin rəsmi şəxsləri hücumun qarşısının alındığını, lakin qalıqların ölkənin bir neçə bölgəsinə düşdüyünü bildiriblər.
Məlumat üçün bildirək ki, ötən gecə ABŞ İrana qarşı yeni hava zərbələri dalğası həyata keçirib. ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, Vaşinqton Tehranın Hörmüz boğazından keçən gəmiyə hücum etməsindən və boğazı yenidən bağlamasından sonra İrana zərbələr endirib. ABŞ İranın 140 hərbi hədəfinə, o cümlədən raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyi məkanlara, rabitə şəbəkələrinə və sahilyanı müşahidə məntəqələrinə hava zərbələri endirib.