Ölkəmizdə qarışıqlıq yaratmağın, ölkəyə zərər vurmağın kimin məqsədi olduğunu müəyyən etməliyik, biz buna heç vaxt icazə verməyəcəyik və hər şeyə mümkün qədər sərt reaksiya göstərəcəyik
Ölkəmizdə qarışıqlıq yaratmağın, ölkəyə zərər vurmağın kimin məqsədi olduğunu müəyyən etməliyik, biz buna heç vaxt icazə verməyəcəyik və hər şeyə mümkün qədər sərt reaksiya göstərəcəyik

Təbii ki, ağır faktdır ki, konkret bir şübhəli şəxs, işin iştirakçısı Ukrayna xüsusi xidmət orqanlarından danışır. Bu məsələ ilə Dövlət Təhlükəsizliyi Xidməti xüsusi olaraq maraqlanmalıdır və əlbəttə ki, maraqlanacaqdır, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanda qarışıqlıq yaratmağın və ölkəyə zərər vurmağın kimə lazım olduğu müəyyən edilməlidir.

“Daxili siyasi hadisələrlə, o cümlədən elan olunmuş çevrilişlə bağlı mümkün əlaqələrə gəldikdə, görürsünüz ki, müxalifət tamamilə ümidsizdir, zəifləyib və əsas səbəb budur.

Belə vaxtlarda hər hansı növ provokasiya başlaya bilər. Buna görə də, bütün qurumlar, xüsusilə Dövlət Təhlükəsizlik Xidməti xüsusi diqqət göstərməlidir. Əminəm ki, Təhlükəsizlik Xidməti işi sonadək izləyəcək, hər hansı belə fakt tam araşdırılmalı və ölkəmizdə qarışıqlıq yaratmaq istəyənlərin, ölkəyə zərər vurmaq niyyətində olanların kimliyi müəyyən edilməlidir. Biz belə bir şeyə yol verməyəcəyik, müvafiq olaraq bütün hallara maksimum sərt reaksiya göstərəcəyik“, – deyə İrakli Kobaxidze bildirib.

Gürcüstanda Ukraynadan gətirilmiş partlayıcı maddə ilə bağlı bu gün Dövlət Təhlükəsizlik Xidməti yeni detallar barədə bəyanat verib. Konkret olaraq, Dövlət Təhlükəsizlik Xidmətində bildirilib ki, əməliyyat materiallarına əsasən, Ukraynadan gətirilmiş partlayıcı maddənin son təyinat yeri kimi Tbilisi şəhəri, Avlabari ərazisində yerləşən bir yaşayış evi müəyyən edilib.