Ölkə miqyasında mövsümi qripə qarşı pulsuz peyvəndləmə başlayıb
Ölkə miqyasında mövsümi qripə qarşı pulsuz peyvəndləmə başlayıb

Gürcüstanda qripə qarşı mövsümi peyvəndləmə başlayıb. Səhiyyə Nazirliyinin məlumatına əsasən, immunizasiya üzrə dövlət proqramı çərçivəsində Gürcüstan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan 200 000 doza dördkomponentli (SANOFI WINTHROP INDUSTRIE-nin VaxigripTetra) mövsümi qrip peyvəndi  satın alıb.

“Peyvənd qrip mövsümündə sirkulyasiya etməsi gözlənilən ştammlara uyğunlaşdırılıb. Peyvənd xüsusilə yüksək riskli/xroniki xəstəlikləri olan şəxslər üçün vacibdir, çünki bəzi insanlar üçün qrip təhlükəli xəstəliyə çevrilə bilər.

Peyvəndləmə bu xidməti göstərən istənilən tibb müəssisəsində altı aylıq yaşdan etibarən mümkündür və benefisiarlar üçün tamamilə pulsuzdur”, – Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilib.