Ölkə konstitusiyasında nəzərdə tutulmuş prosedura uyğun olaraq, Nikol Paşinyan baş nazir vəzifəsindən istefa verib
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsindən istefa verməsi barədə ərizəni imzalayıb. Paşinyanın izah etdiyinə görə, bu, konstitusiyada nəzərdə tutulmuş bir prosedurdur və yeni çağırış parlamentinin ilk iclasında mövcud hökumət istefa ərizəsi ilə prezidentə müraciət edir.
Onun sözlərinə görə, yeni hökumət formalaşana qədər nazirlər kabineti öz səlahiyyətlərini qoruyub saxlayacaq və fəaliyyətini davam etdirəcək.
Ermənistan konstitusiyasına əsasən, yeni parlamentin səlahiyyətləri başladıqdan sonra prezident parlament çoxluğu tərəfindən irəli sürülən namizədi dərhal baş nazir vəzifəsinə təyin edir.