Oliver Varhey - Gürcüstan üçün Avropa İttifaqına daxil olmaq sadiqliyinin təsdiqləməsinin həlledici əhəmiyyəti var, Avropa İttifaqı yaxın illərdə yeni üzv dövlətləri qarşılamağa hazırdır
Oliver Varhey - Gürcüstan üçün Avropa İttifaqına daxil olmaq sadiqliyinin təsdiqləməsinin həlledici əhəmiyyəti var, Avropa İttifaqı yaxın illərdə yeni üzv dövlətləri qarşılamağa hazırdır

Gürcüstan üçün Avropa İttifaqına daxil olmaq sadiqliyinin təsdiqləməsinin və Avropa İttifaqı yolunda irəliləməsinin həlledici əhəmiyyəti var, – bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Oliver Varhei bildirib.

Varheyin dediyinə görə, Avropa İttifaqı genişlənməyə və yaxın illərdə yeni üzv dövlətləri qarşılamağa hazırdır.

“Biz son aylar və illər ərzində tarixi qərarlar qəbul etdik və mən Komissiyanın genişlənmə ilə bağlı uğurları ilə fəxr edirəm, çünki bu, həqiqətən də təsir edicidir. Biz təşkilata üzv olmaq üçün dörd yeni ərizə qəbul etdik. Bu ölkələr Ukrayna, Moldova, Gürcüstan və Kosovodur. Namizəd statusu Ukrayna, Moldova, Gürcüstan və Bosniya-Hersoqovinaya verilib. Gürcüstan üçün Avropa İttifaqına daxil olmaq sadiqliyinin təsdiqləməsinin və Avropa İttifaqı yolunda irəliləməsinin həlledici əhəmiyyəti var. Namizədlər və potensial namizədlər islahatların həyata keçirilməsinə yönəlik tam sadiqlik göstərməlidirlər. Paralel olaraq,həmçinin, biz genişlənmə siyasətinin etibarlı, proqnozlaşdırıla bilən və dinamik qalmasını təmin etməliyik. Avropa İttifaqı genişlənməyə hazırdır və yaxın illərdə yeni üzv dövlətləri qarşılamağa hazırdır”, – Oliver Varhey bildirib.