Oliver Varhei – Aİ üzvlüyünə Ukraynanı hazırlamaq üçün illər lazım olacaq

13:33, 07.11.2022

 

Aİ üzvlüyünə Ukraynanı hazırlamaq üçün illər lazım olacaq-bu barədə Deutsche Welle-yə danışan Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa komissarı Oliver Varhei bildirib.

“Ukraynanın Avropa İttifaqının daxili bazarına və bir çox digər siyasət sahələrinə qoşulmağa hazırlaşması üçün genişmiqyaslı işlərin görülməsi zəruridir. Ehtimal ki, bu, bir və ya iki ildən çox vaxt aparacaq” – deyə Avropa komissarı bildirib.

Bununla yanaşı, nəşrin yazdığı üzrə, Varhei Ukraynanın istəyini müsbət qiymətləndirir, lakin qeyd edir ki, Ukrayna tərəfindən həyata keçiriləcək 7 islahat tez həyata keçirilə bilməyəcək. O , hətta Ukraynanın üzvlüyü ilə bağlı danışıqların başlaması üçün qrafiki də razılaşdırmağın mümkün olmadığını bildirib.

Bundan əlavə, nəşrə danışan Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Ukraynanın vitse baş naziri Olqa Stefanişina ölkənin 2024-cü ilin sonuna qədər üzvlük prosesini başa çatdırmaqda qəti qərarlı olduğunu bildirib.

O , ölkənin öz tapşırığını yerinə yetirdiyini və korrupsiya ilə mübarizə və ədalət mühakiməsi sahəsi də daxil olmaqla artıq çoxlu sayda islahat həyata keçirdiyini bildirib.

Oxşar