Olimpiadanın təsnifat mərhələsi / Gürcüstan yığması qrupdan çıxmaq üçün Filippinlə mübarizə aparacaq #1TVSPORT
Olimpiadanın təsnifat mərhələsi / Gürcüstan yığması qrupdan çıxmaq üçün Filippinlə mübarizə aparacaq #1TVSPORT

 
Gürcüstanın basketbol komandası olimpiadanın təsnifat mərhələsinin ikinci oyununu Riqada Filippinə qarşı keçirəcək. Qarşılaşma bu gün, iyulun 4-də saat 16:30-da başlayacaq, Gürcüstanın Birinci Kanalı və Gürcüstan Radiosu canlı reportajı sizlərə təqdim edəcək.

Qrupda üç komanda var və yarımfinala ikisi çıxacaq. İlk turda Gürcüstan Latviyaya 55:83, ikinci gündə isə ev sahibi Latviya Filippinə 80:89 hesabı ilə məğlub oldu.

Latviya ikinci dəfə də qalib gəlsəydi, sonuncu turda, iyulun 4-də Gürcüstana qrupdan çıxmaq üçün Filippin üzərində minimal fərqlə qələbə kifayət edəcəkdi. Filippinin uğuru isə “Xaçlılar”ı çətin vəziyyətə saldı– onlar yalnız Filippini 19 və daha çox xal fərqi ilə məğlub etsələr, yarımfinala çıxacaqlar.

Məsələ ondadır ki, gürcülərin qalib gələcəyi təqdirdə hər üç komandanın bir qələbəsi olacaq. Pley-offa vəsiqə qazanacaq ikili isə topların nisbətinə görə müəyyənləşəcək. Latviya artıq qrup mərhələsini başa vurub və xal fərqi +19-dur, Filippin +9, Gürcüstan -28.

Komandamız 19 xalla qalib gəlsə, Filippini keçərək ikinci yerlə yarımfinala çıxacaq. Gürcüstanın -9, Filippinin – -10 olacaq.

Olimpiadanın təsnifat mərhələsində Gürcüstan yığmasının tərkibi:

Xatırladaq ki, Riqada olimpiadanın bir vəsiqəsi uğrunda altı ölkənin – Latviya, Gürcüstan, Filippin (hər üçü A qrupu), Braziliya, Monteneqro və Kamerun (B qrupu) yığması mübarizə aparır. Latviyadan başqa, Puerto-Riko, İspaniya və Yunanıstanda da analoji 6 komandalıq təsnifat turnirləri keçiriləcək və olimpiadaya bir vəsiqə oynanılacaq.

Yarışın formatına əsasən, hər bir lokasiyada mübarizə aparan 6 komanda 2 qrupa bölünüb və bir turdan sonra hər birindən 2-2 ən yaxşı komanda yarımfinala çıxacaq. Pley-offda komandalar çarpaz sistemlə cütləşəcək: A1 vs B2, B1 vs A2. Finalda qalib gələn komanda olimpiadaya vəsiqə qazanacaq.

B qrupunun açılış matçında Braziliya Monteneqroya 81:72 hesabı ilə qalib gəldi. İkinci qarşılaşmada Monteneqro Kamerunu 70:66 hesabı ilə məğlub etdi. Braziliya bu gün saat 20:00-da Kamerunla qarşılaşacaq.