Olaf Şolts- Ukraynanın Avropa Birliyinə üzv olmasını istəyirik, bu da investorlar üçün açıq siqnaldır
Ukraynanın bərpası zamanı bu ölkənin gələcəkdə Avropa İttifaqına üzv olacağı nəzərə alınmalıdır-bu barədə Almaniya kansleri Olaf Şolts Berlində keçirilən beşinci Almaniya-Ukrayna iqtisadi forumunda açıqlayıb.
Kansler bildirib ki, rus qüvvələrinin irimiqyaslı hücumunun hədəfinə çevrilmiş Ukraynanın enerji sektoru elə yenilənəcək ki, Ukrayna Avropa İttifaqının səmərəli elektrik enerjisi təchizatçısı olacaq.
Olaf Şolts onun ölkəsinin lazım olana qədər Ukraynanı dəstəkləyəcəyini bildirib.
“Biz Ukraynanın Avropa İttifaqına üzv olmasını istəyirik və bu, investorlara onların hazırkı investisiyalarının Avropa Birliyinin gələcək ölkəsinə qoyulan sərmayələr olduğuna aydın siqnaldır”, – deyə Olaf Şolz bildirib.
Bununla yanaşı, Ukraynanın baş naziri Denis Şmiqalın hesablamalarına görə, Ukraynanın bərpası üçün 750 milyard dollara ehtiyac var.