Olaf Şolts – Putin G20-nin zirvə toplantısına gəlsəydi, yaxşı olardı, lakin o zaman tənqidlərə şəxsən qulaq asmalı olacaqdı

14:52, 14.11.2022

 

Almaniya kansleri bildirir ki, Putin G20-nin zirvə toplantısına gəlsəydi, yaxşı olardı, lakin o zaman Rusiya prezidenti tənqidlərə şəxsən qulaq asmalı olacaqdı. Olaf Şoltsun bəyanatını “Spiegel” alman nəşri yayır.

“Prezident Putinin özü G20-nin zirvə toplantısına gəlsəydi, yaxşı olardı, lakin o zaman o, əksər dövlətlərin ona ünvanladığı bütün sualları və tənqidləri şəxsən dinləməli olacaqdı. Ehtimal ki, məhz buna görə də Putin burada deyil” -deyə Şolts bildirib.

O, həmçinin qeyd edib ki, prezident Putinin G20 zirvə toplantısında iştirakdan imtina etməsi digər ölkələrin Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsini tənqid etməsinə, Moskvanı qoşunlarını Ukraynadan çıxarmağa və sülh danışıqları üçün şərait yaratmağa çağırmasına mane olmayacaq.

Oxşar