Olaf Şolts – Avropanın gələcəyin çağırışlarını güclü və suveren yolla dəf etməsinə əmin olmalıyıq
Almaniya kansleri Olaf Şolts güclü və suveren Avropa ideyası ilə çıxış edir. Məlumatı “Reuters” agentliyi yayır.
Almaniya hökumətinin rəhbərinin dediyinə görə, Avropa liderlərinin görüşündə diqqət güclü Ukrayna ordusuna yönəlməlidir.
“Biz əmin olmalıyıq ki, Avropa gələcəyin çağırışlarını güclü və suveren yolla öhdəsindən gələcəkdir. Bu Ukraynanı dəstəkləməyi necə davam etdirmək və onun indi tək qalmamasını təmin etmək sualını əhatə edir. İkinci sual isə, biz transatlantik əlaqələri inkişaf etdirməyə necə davam edə bilərik, həmçinin, təhlükəsizlik məqsədləri üçün Avropada öz təhlükəsizlik və əməkdaşlıq xərclərimizi artıra bilərik”, Olaf Şolts bildirib.