Olaf Şolts – Avropalı tərəfdaşlar sərhədlərin toxunulmazlığının beynəlxalq hüququn əsas prinsipi olması ilə razılaşdılar
Avropalı tərəfdaşlar sərhədlərin toxunulmazlığının beynəlxalq hüququn əsas prinsipi olması ilə razılaşdılar, – bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.
“Avropalı tərəfdaşlarımızla müzakirələr zamanı ABŞ-ın son bəyanatları ilə bağlı bəzi anlaşılmazlıqlar yaranıb. Sərhədlərin toxunulmazlığı prinsipi bizdən şərqdə və ya qərbdə olmasından asılı olmayaraq bütün ölkələrə şamil edilir. İstər kiçik ölkə və ya çox qüclü millət olsun, bütün ölkə bunu qorumalıdır. Bu, beynəlxalq hüququn fundamental prinsipi və Qərb dəyərləri dediyimiz əsas komponentdir”, – Şolts bildirib.
Bununla yanaşı, Şoltsun dediyinə görə, NATO müttəfiqləri bir-biri ilə koordinasiya edərək müdafiə imkanlarını gücləndirəcəklər.
“NATO müdafiəmiz üçün ən mühüm alətdir və transatlantik münasibətlərin, həmçinin, Avropa dövlətləri ilə Kanada və ABŞ arasındakı münasibətlərin mərkəzi sütunudur”. Aydındır ki, Avropada təhlükəsizlik vəziyyəti yaxın gələcəkdə çox gərgin olacaq. Biz buna qəti və ehtiyatla cavab verməliyik. Biz tərəfdaşlarımızla çox sıx koordinasiyada müdafiəni gücləndirəcəyik”, – Şolts qeyd edib.