Olaf Şolts Almaniyanın Ukraynanı ən müassir silahlarla təchiz etdiyini bildirir

13:27, 22.08.2022

 

Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynanı ən müassir silahlarla təchiz etdiyini bildirir. Məlumatı “Deutsche Welle” agentliyi yayır.

Agentliyin yazdığı üzrə, Almaniya kansleri Ukraynaya silah tədarükünün azlığı ilə bağlı onun hökumətinə yönəlik tənqidi rədd edib və artıq Ukraynaya daxil olan və çatdırılma mərhələsində olan silahların adını sadalayıb.

O , təhvil verilən silahlar arasında “Gepard” zenit tankları və “Panzerhaubitze 2000” reaktiv yaylım atəşi sistemlərinin olduğunu bildirib, “İris-T” hava hücumundan müdafiə sistemləri və “Kobra” artilleriya radarlarının çatdırılması prosesi isə davam edir.

“Almaniya çoxlu silah tədarük edir və eyni zamanda ən müasir, effektiv texnikanın tədarükü prosesindədir”, -deyə Şolts bildirib.

Bununla yanaşı, Almaniya kansleri ölkəsinin Ukraynanı müdafiəsi üçün lazım olan silahlarla təmin etməyə davam edəcəyini açıqlayıb.

Oxşar