Olaf Şolts- “Almaniya üçün Alternativ” partiyasının mümkün qadağası məsələsi tələsik həll olunmamalıdır

20:16, 02.05.2025

“Almaniya üçün Alternativ” partiyasının mümkün qadağası məsələsi tələsik həll olunmamalıdır, – bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

Almaniya hökuməti rəhbərinin dediyinə görə, indi bu məsələ ilə bağlı siyasi debatlar keçirilməlidir, lakin istənilən halda bu, daxili kəşfiyyat orqanının monitorinqi davam etdirməli və gücləndirməli olması deməkdir.

“Əlbəttə, həmçinin, bu o deməkdir ki, biz növbəti addımların nə ola biləcəyi məsələsini yenidən nəzərdən keçirməliyik… Federal Konstitusiya Məhkəməsi qadağa ilə bağlı bütün son dövrdəki ərizəni rədd edib”, – Olaf Şolts qeyd edib.

Almaniyada “Almaniya üçün Alternativ” partiyası sağçı ekstremist təşkilat olaraq elan edilib. Müvafiq qərarı bir neçə ay ərzində partiyanın fəaliyyətini öyrənən Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi qəbul edib.

Oxşar