Oktyabrın 3-də Vani, Tsalka, Dmanisi və Axmeta bələdiyyələrində sakrebuloların aralıq seçkiləri keçiriləcək
2026-cı il oktyabrın 3-də Vani, Tsalka, Dmanisi və Axmeta bələdiyyələrində sakrebuloların aralıq seçkiləri keçiriləcək. MSK-nın iclasında bununla bağlı sərəncam layihəsi yekdilliklə dəstəklənib.
Sözügedən seçkilər üçün büdcədən ümumilikdə 1 milyon 117 min lari xərclənəcək.
Bununla yanaşı, qərar layihəsi təsdiqlənib və MSK vəsaitin ayrılması xahişi ilə Maliyyə Nazirliyinə müraciət edəcək.
MSK-nın qərarına əsasən, ən geci avqustun 18-dək məntəqə seçki komissiyası üzvlərinin seçilməsi üçün müsabiqə elan olunacaq, onların seçilməsi isə avqustun 23 və ya 24-də baş tutmalıdır.