Oksfordda koronavirusa qarşı vaksinanın insanlarda sınağı başladı
Oksfordda koronavirusa qarşı vaksinanın insanlarda sınağı başladı

Oksfordda koronavirusa qarşı vaksinanın insanlarda sınağı başladı.

Sınağ üçün seçilən 800 nəfərdən, ilk iki vətəndaşa inyeksiya edildi.

Onların yarısına koronavirusa qarşı inyeksiya, digər yarısına isə, sadəcə meninqitdən müalicə edən adi vaksina ilə inyeksiya edəcəklər.

Sınağda iştirak edənlər onlara hansı peyvəndin vurulduğunu bilməyəcəklər. Bu haqda məlumat sadəcə həkimlərdə olacaq.

Sınağda iştirak edənlərdən biri Eliza Qranatodur.

“Mən aliməm və beləliklə elmi proseduru dəstəkləmək istədim. Mən bu vaksinaya çox inanıram. İndi isə, hərkəsə vaksinanın gücünü təsdiqləməliyik ki, ondan istifadəyə başlaya bilək ” – dedi Eliza Qranato BBC ilə söhbət zamanı.

Yeni vaksina üzərində Universitet qrupu üç ay ərzində işləyirdi.