"Okros kidobani" ticarət mərkəzində baş vermiş yanğın söndürülüb
"Okros kidobani" ticarət mərkəzində baş vermiş yanğın söndürülüb

“Okros kidobani” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Yanğın üçüncü mərtəbədə baş verib. Yanğınsöndürən-xilasedicilər və kriminalistlər hadisə yerindədirlər.

Həmçinin, ərazidə adı çəkilən ticarət obyektində müxtəlif sahələrə sahib olan və işləyən vətəndaşlar da var. Onlar iş sahələrinə və mallarına zərər dəyib-dəymədiyi barədə heç bir məlumata malik olmadıqlarını bildirirlər.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Temur Mğebrişvilinin bildirdiyinə görə, 300 kvadratmetr sahə yanıb.

“Yanğın hazırda tamamilə söndürülüb. Bildiriş daxil olduqdan sonra yanğınsöndürən-xilasedici qrupları təxminən beş dəqiqəyə hadisə yerində olublar. 17 yanğınsöndürən xüsusi texnika səfərbər edilmişdi. Binadan təxminən 20-yə gədər vətəndaş təhlükəsiz şəkildə təxliyə edildi. Xəsarət alan olmadı. Restoranın təxminən 300 kvadrat metrlik sahəsi yanıb”, – deyə Temur Mğebrişvili bildirib.