Odesaya Rusiya dronları ilə edilən hücum nəticəsində iki nəfər həlak olub, 17 nəfər yaralanıb
Odesaya Rusiya dronları ilə edilən hücum nəticəsində iki nəfər həlak olub, 17 nəfər yaralanıb. Bu barədə məlumatı Ukrayna mediası Odesa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kipərə istinadən yayır.
Hücum yaşayış binasına həyata keçirilib.
Hücum nəticəsində inzibati binaya, özəl müəssisənin anbarına və yüngül avtomobillərə ziyan deyib.