Nyu-Yorkda turist avtobusunun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub, onlarla insan isə yaralanıb
Nyu-Yorkda turist avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, onlarla insan xəsarət alıb.
“BBC”nin məlumatına görə, nəqliyyat vasitəsi Niaqara şəlaləsindən Nyu-Yorka gedərkən Cenesi vilayətində aşıb.
Ştat polisinin məlumatına əsasən, 54 sərnişin daşıyan avtobus yük maşını ilə toqquşub və aşıb. Sərnişinlərin bir qismi avtobusdan düşüb, digərləri isə aşmış avtobusda bir neçə saat ərzində bloklanmış vəziyyətdə qalıb.
24 yaralı xəstəxanaya aparılıb. Onlardan ikisinə əməliyyat edilib, bir neçə sərnişin isə hələ də reanimasiya şöbəsində qalır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyib ki, avtobusun texniki nasazlığı, eləcə də sürücünün spirtli içkinin və ya narkotik maddənin təsiri altında olması versiyaları istisna olunur və sürücüyə qarşı ittiham irəli sürülməyəcək.