Nyu-Yorkda güclü yağışın səbəb olduğu daşqın nəticəsində iki nəfər həlak olub
Nyu-Yorkda güclü yağış nəticəsində iki nəfər həlak olub, uçuşlar dayandırılıb.
Bu barədə “Reuters” yazır.
Nyu-Yorkun meri Erik Adams bildirib ki, güclü yağışla müşayiət olunan fırtınalar uçuşların gecikməsinə səbəb olub, bəzi hava limanları isə müvəqqəti bağlanıb.
“Biz darmadağın olduq, Nyu-Yorkda güclü yağış nəticəsində iki nəfər həlak oldu, onların ölümü faciədir”, – Adams yazır.
Meteorologiya xidməti əhalini bəzi bölgədə daşqın olacağı barədə xəbərdar edib.