Nyu-Yorkda Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü başladı
Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü başladı.
Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu sülh sazişinin və iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlıdır.
Ararat Mirzoyan və Ceyhun Bayramov BMT-nin Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün Nyu-Yorkdadırlar.