Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında Gürcüstanın Müstəqillik Gününü qeyd ediblər
Gürcüstanın BMT-də daimi nümayəndəliyinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş qəbul keçirilib.
Tədbirdə toplaşan qonaqlara Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia və BMT-dəki daimi nümayəndəsi Davit Bakradze müraciət edib.
Təntənəli qəbulda Sopo Xalvaşinin və “Teatral kvartet”in ifasında gürcü mahnıları səsləndirilib.
Müstəqillik Gününü qeyd etmək üçün təşkil olunan tədbirdə dövlətlərin BMT-də akkreditə olunmuş səfirləri, BMT baş katibinin nümayəndələri, diplomatlar iştirak edirdilər.